- İqtisadiyyat
- 17:47 03.10.2023
Bu dəqiqələrdə Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük dolu 1 TIR-ı və onu müşayiət edən həmin Cəmiyyətin işçi heyəti Rusiya sülhməramlılarının blok postunu keçdi və hazırda Ağdam-Xankəndi yolu ilə hərəkət edir.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük avtomobilləri 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir: “Bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir”.