USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmizdə təhsil alan yerli və xarici tələbələrin bir qrupu Şuşaya səfər edib


  • Region
  •  18:55 06.09.2023
  •  120
https://img.baki-baku.az/news/2023/09/photo_8057.jpg

Respublikamızın universitetlərində təhsil alan bir qrup yerli və xarici tələbələrin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər təşkil edilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə reallaşan və respublikamızın ali təhsil müəssisələrinin 180-ə yaxın tələbəsinin iştirak etdiyi səfərin məqsədi gəncləri Qarabağın tacı, qədim tarixə, zəngin mədəniyyətə malik Şuşa, onun özünəməxsus, bənzərsiz şəhər memarlığı, tarixi abidələri, eləcə də şanlı Zəfərimizdən sonra burada həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanış etməkdir.

Səfər çərçivəsində tələbələrə Şuşanın zəngin təbiəti, tarixi-mədəni irsi barədə məlumat verilib. Gənclərin Şuşa ilə tanışlığı şəhərin mərkəzindən başlayıb. Tələbələrə Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş heykəllərinin tarixçəsi haqqında danışılıb.

Sonra tələbələr Qarabağ xanının varisi, xanlığın sonuncu şahzadəsi Xurşidbanu Natəvanın dağıdılmış imarətini, Şuşa qalasını, Saatlı məscidini, Yuxarı Gövhər Ağa məscidini, Qarabağ xanlığının Baş vəziri, görkəmli Azərbaycan şairi Vaqifin ev-muzeyini ziyarət ediblər.

Gənclər böyük həvəslə Şuşanın tarixi məkanlarında olub, şəhərin küçələrini və Cıdır düzünü gəzib, seyrəngahdan ətrafa açılan əsrarəngiz təbiət gözəlliklərinə tamaşa edib, füsunkar təbii mənzərələrdən zövq alıblar. Vətən müharibəsində bu gənclərin həmyaşıdları olan əsgərlərimizin sıx meşələrdən keçərək, sıldırım qayalardan qalxaraq Şuşaya daxil olması, düşmənlə əlbəyaxa döyüşdə böyük fədakarlıqla şəhəri 28 illik işğaldan azad etməsi səfər iştirakçılarında böyük heyrət yaradıb. Gənclər Şuşa fatehlərini - bu şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizi rəhmətlə, qazilərimizi isə böyük hörmət və ehtiramla anıblar.




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Region