USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şamaxı Üzüm və Şərab Festivalına hazırlaşır


  • Region
  •  19:22 04.09.2023
  •  28
https://img.baki-baku.az/news/2023/09/photo_8005.jpg

Sentyabrın 29-30-da və oktyabrın 1-də Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Qeyd edək ki, 2019-cu ildə keçirilən ilk Üzüm və Şərab Festivalı günlərində şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil edilmişdi. Festival ilk dəfədən yerli sakinlər və qonaqların böyük marağına səbəb olmuşdu.

Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünəcək, şərab və yemək pavilyonları quraşdırılacaq. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Festival şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Ziyarətçilər festival günlərində maraqlı şou proqramın da iştirakçısı olacaqlar.

Tədbirdə iştirak iTicket.az saytı vasitəsilə mümkündür.




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Region