USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Yüklərin qəbul edilməməsinə görə məsuliyyət qondarma rejimin və Ermənistanın üzərinə düşür” – Hikmət Hacıyev


  • Region
  •  13:20 31.08.2023
  •  111
https://img.baki-baku.az/news/2023/08/photo_7927.jpg

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yüklərinin Ağdam-Xankəndi yolunun Əsgəran yolu ilə birləşmə məntəqəsinə gətirilməsi təmin olunmuşdur. Bu yük avtomobillərində 40 tona yaxın un məmulatları var. Amma yenə də rasizm siyasətinin bariz təzahürü olaraq, bu məmulatların qəbul edilməsinə qarşı çıxış edirlər. Bu, bir daha onu göstərir ki, burada məqsəd reinteqrasiyaya yox demək və qanunsuz statusu saxlamaqda davam edirmək, bu proseslərdən yalnız siyasi manipulyasiya məqsədləri üçün istifadə etməkdən ibarətdir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

Dünən Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfinin danışıqlarında bu yüklərin Rusiya sülhməramlılarının maşınlarına daşınaraq, onlar vasitəsilə aparılması məsələsinin müzakirə mövzusu olduğunu vurğulayan H.Hacıyev deyib: “Dünən KİV-lərdə və sosial şəbəkələrdə olan məlumatlar da göstərdi ki, təşkil olunmuş aksiyalar vasitəsilə buna mane olmağa cəhd göstərirlər. Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə də məsuliyyət tam şəkildə qondarma rejimin və Ermənistanın üzərinə düşür. Onlar da bu manipulyativ prosesdə öz funksiyalarını və rollarını oynamaqda davam edirlər. Beynəlxalq ictimaiyyətin nümayəndələri, Azərbaycanda akkrediyasiya olunmuş dilopmatik korpusun münayəndələri bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır. Təəssüflər olsun ki, bəzi Qərb media resurslarında bu faktlara və mövcud vəziyyətə yalan şəkildə dön geyindirmək cəhdləri də var. Bu prosesdə, eyni zamanda, bəzi korrupsioner Qərb siyasətçiləri də öz rollarını oynamaqdadırlar. Onlar tərəfindən separatizmə dəstək verilməsi və separatistlərin yaxşı və pis separatistlərə bölünməsi tendensiyalarını da görürük ki, bunlar da qəbul edilməzdir. Bir daha qeyd etmək istərdik ki, Azərbaycanın ərazisində hər hansı bir qanunsuz ərazinin, Azərbaycanın mərkəzi hökumətinin nəzarətindən kənar hər hansı bir ərazinin mövcud olması qəbul edilməzdir”.

Prezidentinin köməkçisi müsahibəsində qeyd edib ki, Azərbaycan xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim etmişdir. Amma bundan imtinaya görə məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür. “Orada yaşayan erməni əsilli sadə sakinlər həmin rejimin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadırlar. Onlar öz mövcudluqlarını bu cür aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar və gördüyünüz kimi, bunların heç bir əsası yoxdur. Yüklər buradadır və ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansısa yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu bütün texniki imkanlara malikdir”.

Hikmət Hacıyev əmin olduğunu bildirib ki, diplomatik korpusun nümayəndələri gözləri ilə gördükləri bu faktları öz ölkələrinin aidiyyatı orqanlarına çatdıracaqlar. “Bu, ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır”, - deyə o əlavə edib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region