USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşünü alqışlayır


  • Region
  •  09:53 19.07.2022
  •  251
https://img.baki-baku.az/news/2022/07/photo_7250.jpg

ABŞ Cənubi Qafqazda münasibətlərin normallaşması istiqamətində fəal rol oynayır.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ABŞ ardıcıl olaraq ikitərəfli və eyni mövqeli tərəfdaşlarla birgə , o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə uzunmüddətli, hərtərəfli sülhün əldə edilməsində köməklik göstərməyə hazır olduğunu bəyan edib.

"Dövlət katibi Blinkenin son həftələrdə xarici işlər nazirləri ilə təmas saxlamaq imkanı olub və həmçinin Dövlət katibinin köməkçisi Donfrid və Dövlət Departamentinin digər rəsmiləri də erməni və azərbaycanlı həmkarları ilə yüksək səviyyədə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Biz XİN başçıları arasındakı görüşü alqışlayırıq. Biz dialoqun Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitə olduğuna inanmağa davam edirik və bunu bacardığımız qədər dəstəkləməyə davam edəcəyik", - Ned Prays vurğulayıb .




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Region