USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrovun Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlanıb


  • Region
  •  12:24 22.06.2022
  •  291
https://img.baki-baku.az/news/2022/06/photo_7175.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Lavrovun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının planlaşdırıldığını bildirib.

 

"Azərbaycan Prezidenti ilə görüş gözlənilir. Səfər zamanı Rusiya və Azərbaycan prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bundan əlavə, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq. Xatırladım ki, bu razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və Cənubi Qafqazın sabitlik və firavanlıq regionuna çevrilməsinə hesablanıb”, - XİN rəsmisi vurğulayıb.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Region