USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanı 44 günlük müharibəyə görə dindiriləcək


  • Region
  •  13:46 18.05.2022
  •  236
https://img.baki-baku.az/news/2022/05/photo_7008.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindiriləcək

APA “Sputnik Armenia”ya istindən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin xüsusi mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan müharibədə ölən hərbçilərin valideynləri ilə görüşdə bildirib.

O, Paşinyanın istintaq çərçivəsində dindirilməsinin dəqiq vaxtının hələ məlum olmadığını vurğulayıb.

“Baş Prokurorluğun cinayət işi çərçivəsində verdiyi göstərişlər icra olunacaq. Siz artıq İstintaq Komitəsinin rəhbəri ilə görüş təyin etmisiniz və bu görüşdə dindirilmənin vaxtı müzakirə olunacaq”, - deyə Vardanyan qeyd edib.

Qeyd edək ki, mayın 17-də 44 günlük müharibə zamanı ölənlərin valideynləri Ermənistanın Apellyasiya Məhkəməsi, Baş Prokurorluğu və İstintaq Komitəsinin Hərbi idarəsi qarşısında etiraz aksiyası keçirərək, müharibə işinin dərhal araşdırılmasını və Baş nazir Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Xatırladaq ki, mayın 12-də Baş Prokurorluq Qarabağda ölən hərbçilərin valideynlərinin müharibə ilə bağlı cinayət işinin istintaqı zamanı zərərçəkmiş kimi tanınması ilə bağlı vəsatətini təmin edib. Valideynlər Paşinyanın təqsirləndirilən şəxs qismində gətirilməsini və dindirilməyə çağırılmasını tələb edirlər. Baş Prokurorluq ibtidai istintaqın tam, obyektiv və hərtərəfli aparılması ilə bağlı vəsatəti təmin edib, lakin Baş nazirin həbsi ilə bağlı vəsatət rədd edilib.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Region