USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Litva Prezidentinin Azərbaycana və Ermənistana səfər proqramı açıqlanıb


  • Region
  •  11:32 16.05.2022
  •  196
https://img.baki-baku.az/news/2022/05/photo_6967.jpg

Litva Prezidenti Qitanas Nauseda 18-20 may tarixlərində Azərbaycan və Ermənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə bu gün Litva liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.

Qitanas Nauseda Avropa İttifaqı ilə münasibətlərin, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın perspektivlərinə və beynəlxalq gündəmdə bir sıra məsələlərə dair müzakirələr aparacaq.

Litva dövlət başçısı Cənubi Qafqaz regionunda təhlükəsizlik, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti və enerji sektoru üzrə fikir mübadiləsi aparacaq.

Qitanas Nausedanın Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşləri nəzərdə tutulub.




Redaktorun seçimi

Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Region