USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü ilə bağlı konfrans keçirilib


  • Region
  •  11:32 13.05.2022
  •  197
https://img.baki-baku.az/news/2022/05/photo_6957.jpg

Bakıda “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransın açılış mərasimi keçirilib.

APA xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutub.

 

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Şuşa Bəyannaməsindən irəli gələn hərbi, siyasi və humanitar məsələlər var: “İki qardaş ölkə arasında strateji əməkdaşlıq hər zaman mövcud olub. Və Şuşa Bəyannaməsi bu istiqamətdə atılan ən önəmli addımlardan biriridir”.

O bildirib ki, regionda geosiyasi vəziyyət mürəkkəbdir: “Vəziyyət bizim Türkiyə ilə münasibətlərimizi daha da sıxlaşdırmağı zərurətə çevirir”.

Fərid Şəfiyev qeyd edib ki, regional əməkdaşlığa yeni baxış lazımdır: “3+3" formatı ilə bağlı müəyyən çətinliklər var, çünki artıq Gürcüstan bu formatda olmayacağını bəyan edib. Biz hansı formatda bütün ölkələrlə əməkdaşlıq edə biləcəyimiz düşünməliyik”.

BMTM sədri əlavə edib ki, bu mürəkkəb vəziyyət Azərbaycan üçün həm də yeni imkanlar açıb, Azərbaycan qazına Avropada maraq yenidən oyanıb.

BMTM rəhbəri onu da deyib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı gündəlikdə duran digər bir məsələdir.

Fərid Şəfiyev Qarabağdakı ermənilərlə bağlı məsələyə də toxunub. O diqqətə çatdırıb ki, bu daxili məsələdir və beynəlxalq səviyyədə müzakirə olunmayacaq.

Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycanın mövqeyi bəllidir, Ermənistan tərəfi isə yeni elementlər daxil etməyə, Qarabağın statusunu qabartmağa çalışır: “Ermənistan tərəfi Azərbaycana qarşı iddiasının olmadığını, Qarabağ məsələsinin insan haqları ilə bağlı olduğunu iddia edir. Ancaq Azərbaycan unitar dövlətdir, müxtəlif xalqlar Azərbaycanda yaşayır və onların haqları konstitusional çərçivədə təmin olunur”.

Türkiyə XİN-in Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Ufuk Ulutaş çıxışında SAM və BMTM-in əməkdaşlığı barədə danışıb: “Atatürkün də qeyd etdiyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub, səfirliyini açıb. İki ölkə arasında münasibətlər elə bir səviyyəyə çatıb ki, onun qlobal səviyyədə bənzəri yoxdur”.

Ufuk Ulutaş bildirib ki, Qarabağ zəfəri təkcə Azərbaycan üçün deyil, region üçün yeni səmərəli imkanlar açıb.

O deyib ki, Türkiyə Ermənistanla normallaşma prosesində Azərbaycanla yaxın təmasdadır.

Ufuk Ulutaş Azərbaycanın azad olunmuş ərazilərində “yaşıl enerji” layihələrini dəstəklədiklərini bəyan edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib ki, Türkiyə bütün beynəlxalq platformalarda haqlı davasında Azərbaycanın yanında olub: “Lakin bu gün Türkiyə və Azərbaycan əvvəlki ölkələr deyil, iki ölkə əl-ələ verib beynəlxalq ictimaiyyətin təmin edə bilmədiyi ədaləti təmin etdi, bu prosesdə Türkiyə Azərbaycana diplomatik və mənəvi dəstək verdi”.

Diplomat qeyd edib ki, Şuşa Bəyannaməsi Qars müqaviləsindən sonra ən vacib sənəddir: “Şuşa Bəyannaməsi həm də bütün sahələrdə münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsini hədəfləyir”.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Region