USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın tərəfdarı olan deputat müxalifətə: "Azərbaycana deyəcəksiniz ki, Şuşanı və Hadrutu bizə qaytarın?"


  • Region
  •  13:47 06.05.2022
  •  289
https://img.baki-baku.az/news/2022/05/photo_6927.jpg

"Ermənistan müxalifəti bu gün saat 12:00-dan ölkənin hazırkı baş naziri Nikol Paşinyanın istefasını tələb edərək İrəvan şəhərində nəqliyyatın hərəkətini tamamilə kəsdiyini bəyan edib. İndi müxalifətdən tələb edirəm ki, xalqımızı narahat edən bir neçə suala cavab versin". "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının mayın 6-da keçirilən növbədənkənar iclasında “Yerli özünüidarə haqqında” qanuna əlavələr edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputat Lusine Badalyan deyib.

Deputatın sözlərinə görə, onun ünvanlayacağı suallar sadə vətəndaşlar tərəfindən dəfələrlə səsləndirilib. “Mənim üçün də çox maraqlıdır. Siz Nikol Paşinyanı bütün mümkün tribunalardan və platformalardan, bütün media platformalarından 1,8 il əvvəl müharibəyə başlamaqda günahlandıranda, nəyə nail olmağa çalışırsınız? Dünyaya nə demək istəyirsiniz? Azərbaycanın müharibənin başlamasına görə heç bir məsuliyyət daşımadığını və onun yeganə günahkarının Nikol Paşinyan olduğunu? Məqsədiniz nədir? Sizdən xahiş edirəm ki, aydın cavab verəsiniz”, deyə - Badalyan bildirib.

Deputat bir sıra başqa suallar da qaldırıb. O, müxalifətin Azərbaycan hakimiyyətinə bəraət qazandırmaq cəhdindən gələcəkdə Ermənistanın və erməni xalqının maraqları naminə istifadə edib-etməyəcəyi ilə maraqlanıb. “Məsələn, sabah imkanınız olsa, onlara deyəcəksiniz: “Biz sizə haqq qazandırmışıq, indi isə xahiş edirik, Şuşanı və Hadrutu bizə qaytarın? Qonşularınızla münasibətinizi necə quracaqsınız? Onlarla danışıqlar aparacaqsınız, yoxsa aparmayacaqsız? Əgər aparacaqsınızsa, necə və hansı formatda? Danışıqlar olmayacaqsa, bundan sonra nə olacaq? Üçüncü sual: Baş nazir namizədiniz kimdir? Nə üçün baş nazir namizədiniz yoxdur? Ola bilərmi ki, sizin, məsələn, qələbəniz olacağı təqdirdə Ermənistanın baş naziri olmasın? Qarabağın aqibəti necə olacaq? Xahiş edirəm, bu suala aydın cavab verəsiniz ki, camaat bilsin”, - deyən Badalyan vurğulayıb ki, indiki hakimiyyət müxalifətlə yalnız bir məsələni müzakirə etməyə hazırdır. O da bu vaxtadək etdikləri talanların heç bir şok olmadan qaytarılmasını.

Qeyd edək ki, Ermənistanda küçələrə çıxan parlament müxalifətinin nümayəndələri də ölkənin ali qanunverici orqanının iclasını boykot etdiklərini bildiriblər. 




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Region