USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumatları verməkdən boyun qaçırır


  • Region
  •  14:26 30.03.2022
  •  216
https://img.baki-baku.az/news/2022/03/photo_6648.jpg

“Ermənistan işğal altında olmuş ərazilərdə kütləvi məzarlıqların yerini bildirən məlumatları Azərbaycana verməkdən boyun qaçırır”.

APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, erməni millətçilərinin Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti sovet hakimiyyəti dövründə də davam etdirilib: “Sovet İttifaqı dağıldıqdan sonra da, Azərbaycan torpaqlarının işğal edilməsi həmin ərazilərdə də yerli əhalinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlarla müşayiət edilib. Bu müddət ərzində erməni milliyyətçiləri tərəfindən fərqli bölgələrdə insanlıq əleyhinə cinayətlər törədilib. Onların sırasında Xocalı, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli faciələrini xüsusi ilə qeyd etmək lazımdır. Bu hadisələrin hər biri dinc əhalinin öldürülməsinə, terrora hesablanıb, qırğınların ardıcıl və sistematik həyata keçirilməsi isə onların Ermənistan tərəfindən dövlət səviyyəsində planlaşdırıldığını göstərir”.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region