USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sahibə Qafarovadan Ermənistan parlamentinin sədrinə cavab: “Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, Ermənistandır”


  • Region
  •  12:33 29.03.2022
  •  219
https://img.baki-baku.az/news/2022/03/photo_6630.jpg

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Qazaxıstanda Ermənistan parlamentinin sədri Alen Simonyanın iddialarına cavab verib.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, Alen Simonyan bu gün Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozduğunu iddia edib.

Sahibə Qafarova isə söz alaraq erməni həmkarının iddialarına cavab verib.

O bildirib ki, Azərbaycanın guya atəşkəs rejimini pozması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Spiker diqqətə çatdırıb ki, Azərbaycanın suveren ərazisinə soxulmuş qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti dəfə təxribat törətməyə cəhd göstəriblər, Azərbaycan Silahlı Qüvvələrinin gördüyü tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan 9/10 yanvar 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb.

“Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, Ermənistandır”, - Milli Məclis sədri vurğulayıb.

Sahibə Qafarova qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılmasını tələb edib.

O, Azərbaycanın Ermənistana dəfələrlə sülh sazişi imzalamağı təklif etdiyini xatırladıb.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim edib və bu, qarşı tərəfə yaxşı məlumdur.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region