USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ombudsman Ermənistanın təcavüzüylə bağlı ödənilən kompensasiyalara aydınlıq gətirib


  • Region
  •  11:52 28.02.2022
  •  245
https://img.baki-baku.az/news/2022/02/photo_6409.jpg

2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təcavüz zamanı müxtəlif növ silahlarla, o cümlədən ağır artilleriya qurğularından və ballistik raketlərdən istifadə etməklə münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarımızdakı mülki əhali ilə yanaşı, infrastruktur obyektləri də hədəfə alınıb, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər yetirilib.

APA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində martın 1-də müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

 

Bildirilib ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası Silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli Sərəncamına uyğun olaraq, dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulub: “Ölkə Prezidentinin tapşırığına müvafiq olaraq, dağıdılmış binaların və evlərin yerində qısa müddət ərzində yeniləri inşa edilmiş, ziyan dəyən evlər təmir olunub, infrastruktur obyektləri bərpa edilib. Ermənistanın təcavüzü nəticəsində əmlakına ziyan dəymiş vətəndaşlar tərəfindən Ombudsmana ünvanlanmış hər bir müraciətə xüsusi həssaslıqla yanaşılmış, həmin məsələlərin həlli üzrə tədbirlər görülüb”.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region