USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Britaniya parlamentinin bir qrup üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib


  • Region
  •  13:24 23.02.2022
  •  241
https://img.baki-baku.az/news/2022/02/photo_6360.jpg

Böyük Britaniya parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən APA-nın London bürosuna verilən xəbərə görə, parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəylik ifadə edib.

"Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Parlamentarilər, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli, Xocalıda baş verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən qərarını xatırlayıblar. Bu kontekstdə gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsi zərurəti vurğulanıb.

Britaniyalı parlamentarilər, həmçinin münaqişənin yekunlaşmasını alqışlayaraq, regionda maraqlı bütün tərəflərin iştirakı ilə aparılan danışıqların Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər.

Bununla yanaşı, postmünaqişə mərhələsində bir sıra çağırışların, o cümlədən ərazilərin minalardan təmizlənməsi, kommunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası kimi çağırışların mövcud olduğu qeyd edilib, bu çağırışların həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilib", - bildirilib.

Xatırlatmaq istərdik ki, birgə bəyanat indiyə qədər Böyük Britaniya parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdiyi ilk birgə təşəbbüsdür. Təşəbbüsə Parlamentin İcmalar Palatasının üzvləri Bob Blekmen, Deyvid Duquid, Bob Sili, Metyu Offord, Dan Poulter, Lordlar Palatasının üzvləri Lord Rizbi, Lord Sheikh, Lord Kilkluni, Lord Hussain, Lord Evans, Baronessa Manzoor və Lord Flayt qoşulub. Bundan əvvəl 2017-ci ildə isə Şotlandiya regional parlamentində Xocalı faciəsinə dair irəli sürülmüş qanunvericilik təşəbbüsü regional parlamentin əksər üzvləri tərəfindən dəstəklənib.

Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun 22 fevral 2022-ci il tarixində keçirilmiş iclasında da Xocalı faciəsinin 30-cu ildönümü müzakirə edilib, iclasda iştirak edən parlamentarilər tərəfindən Xocalı qətliamı ilə bağlı bir daha Azərbaycan xalqı ilə həmrəylik ifadə edib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region