USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan Azərbaycanla dəmir yoluna dair müqavilə imzalamağa ümidlidir


  • Region
  •  12:52 17.02.2022
  •  228
https://img.baki-baku.az/news/2022/02/photo_6311.jpg

Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan tərəfi Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisi ilə bağlı konkret işlər görür: "Artıq texniki işlərə başlanılıb. Ümid edirik, yaxın vaxtlarda əldə olunmuş razılaşmalar sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf etdiriləcək".

Paşinyanın sözlərinə görə, cümə axşamı hökumət həmçinin Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Qacaran hissəsinin tikintisinə başlamaq üçün tender elan edəcək: "Əlbəttə, siyasi razılaşmalar olarsa, "Şimal-Cənub" avtomagistralı da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər".

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan təxminən 10 gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislərin araşdırmalara başlayacağını və onların nəticələri əsasında layihənin hazırlanacağını bildirmişdi. Onun sözlərinə görə, işçi qrupun işində "Rusiya Dəmir Yolları"nın mütəxəssisləri də iştirak edəcək.

Baş nazirin müşaviri izah edib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır. Bu, həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər.

Ermənistan Baş nazirinin müşavirinin fikrincə, dəmir yolunun Arazdəyən hissəsinin bərpası aylar, Mehri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) isə 3 il çəkəcək.

"Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Müxtəlif rəqəmlər gördüm: 220, 250, 278 mln. dollar. Gömrük məntəqələrini və digər obyektləri saymasaq, məbləğ daha çox ola bilər", - Tumanyan əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan bu işlərin 200 mln. dollara başa gələcəyini demişdi.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region