USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistandan Lukaşenkonun təklifinə cavab: "...biz onlara necə cavab verəcəyimizi düşünəcəyik"


  • Region
  •  14:35 10.02.2022
  •  227
https://img.baki-baku.az/news/2022/02/photo_6270.jpg

İttifaq dövlətinə daxil olmaq planı Ermənistanın gündəliyində yoxdur.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı fikirlərini şərh edərkən deyib.

 

"Əgər mənim mövqeyimi soruşursunuzsa, o zaman gündəlikdə belə müzakirələr yoxdur. Ona görə də mənim mövqeyim bundan ibarətdir ki, Ermənistan suveren və demokratik dövlətdir və belə də qalmalıdır”, - Qriqoryan bildirib.

O, Lukaşenkonun Ermənistanla bağlı digər fikirlərinə toxunaraq xatırladıb ki, erməni tərəfi diplomatik şəkildə - həm deputatlar, həm də Xarici İşlər Nazirliyi səviyyəsində cavab verib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, o, Belarus tərəfinin bundan sonra belə qiymətləndirmələr etməyəcəyinə ümid edir, çünki bu Ermənistan və Belarus arasındakı münasibətlərə xidmət etmir: “Biz diplomatik şəkildə cavab veririk və ümid edirik ki, gələcəkdə belə insidentlər olmayacaq, lakin onlar bir daha baş verərsə, biz onlara necə cavab verəcəyimizi düşünəcəyik”.

Xatırladaq ki, Lukaşenko bir neçə gün əvvəl Vladimir Solovyova müsahibəsində Ermənistanın “gedəcək yeri olmadığını” bildirib. “Sizcə, o kiməsə lazımdırmı? Onlar bunu artıq görüblər... Nikol Vovayeviç bunu görüb", - o, İttifaq dövlətinin genişləndirilməsi perspektivlərindən danışarkən deyib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region