USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çavuşoğlu Şuşa bəyannaməsi və Azərbaycanla Türkiyənin ortaq gələcəyindən danışıb


  • Region
  •  12:23 10.02.2022
  •  234
https://img.baki-baku.az/news/2022/02/photo_6265.jpg

“Türkiyə və Azərbaycan Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət”dir. Bizim taleyimiz birdir”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haberə müsahibəsində deyib.

“Yeri gələndə bir dövlət kimi davranmağı bilirik. Qarabağ zəfərindən sonra Şuşa Bəyannaməsi ilə əlaqələrimiz çox fərqli mərhələyə qədəm qoydu. Artıq tam müttəfiqlik münasibətlərimiz var. Şuşa Bəyannaməsi çərçivəsində atılacaq addımlar bəllidir və biz bunlar üçün çalışırıq. Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, müdafiəyə etməyə davam edəcəyik. İkitərəfli münasibətlərimizi dərinləşdirərək hər sahədə inkişaf etdirəcəyik”, - XİN başçısı vurğulayıb.

“Azərbaycanla ortaq, ümumi maraqlarımız var”, - deyən M.Çavuşoğlu qeyd edib ki, Azərbaycanla Türkiyənin gələcəyi birdir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi və qardaşlığının da bu münasibətlərə təsirini görürük. Mən də siyasətə atıldığım gündən indiyədək Türkiyənin maraqları qədər, beynəlxalq platformalarda qardaş Azərbaycanını maraqlarının müdafiəsi üçün də fəaliyyət göstərmişəm. Azərbaycan tərəfi də bunu edib. Bizim olmadığımız yerlərdə başda İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız da Türkiyənin haqqını müdafiə edib. Bu, əslində qədimdən bəri yürüdülən siyasətin Şuşa Bəyannaməsi ilə kağıza köçürülməsidir”.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region