USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tural Gəncəliyev AŞPA-nın komitə iclasında Ermənistanın Tovuz rayonu istiqamətində təcavüz aktı barədə danışıb


  • Region
  •  16:47 08.09.2020
  •  288
https://img.baki-baku.az/news/2020/09/photo_624.jpg

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin video-konfrans formatında iclası keçirilib.

Azərbaycan Respublikası  Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasınından APA-ya verilən məlumata görə, icma rəhbəri, millət vəkili Tural Gəncəliyev öz çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini qeyd edərək, cari ilin 12 iyul tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində yeni təcavüz aktı həyata keçirdiyini, Azərbaycanın isə buna adekvat olaraq özünümüdafiə hüququndan istifadə edərək cavab verdiyini qeyd edib.

Ermənistanın bu hücumu nəticəsində sərhədboyu zonada mülki əhaliyə və infrastruktura dəymiş zərərə toxunan T.Gəncəliyev bütün bunların beynəlxalq humanitar hüququn kobud surətdə pozulması olduğunu vurğulayıb.

T. Gəncəliyev həmçinin Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə iddialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasətinin aparıldığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” doktrinasıyla bir daha öz təsdiqini tapdığını qeyd edib.

Ermənistanın münaqişənin həllində maraqlı olmadığını, sülh danışıqlarını pozduğunu və beynəlxalq ictimaiyyətin nəzərində öz işğalçı əməllərini pərdələmək cəhdlərini ifşa edən millət vəkili münaqişə ilə bağlı BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların sənədlərinə hələ də əməl olunmadığını xatırladıb.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region