USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclası keçirilib, bəyanat qəbul edilib


  • Region
  •  15:17 11.01.2022
  •  245
https://img.baki-baku.az/news/2022/01/photo_6030.png

Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası keçirilib.

Türk Şurasından APA-ya verilən məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrlik etdiyi iclasa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev qatılıb.

 

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası Qazaxıstandakı həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyiblər, üzv ölkə Qazaxıstana və onun qardaş xalqına olan güclü dəstəklərini və həmrəyliklərini təsdiq ediblər.

Qazaxıstanda sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.

İnsanların həyatını təhlükəyə atan, ictimai asayişi pozan, şiddətə yönəlik hərəkətlər və vandalizm aktları qınanıb.

Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam vurğulanıb.

Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət etmənin əhəmiyyəti vurğulanıb və Qazaxıstan Hökumətinin konstitusiya quruluşunu devirməyi hədəfləyən terrorçulara, radikallara qarşı apardığı antiterror əməliyyatları dəstəklənib.

“Türk Dünyası Vizyonu 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqət çəkilib.

Mövcud böhranın öhdəsindən gəlinməsi üçün ehtiyac duyulacaq şəkildə Qazaxıstan xalqının və Hökumətinin dəstəklənməsinə hazır olunduğu təsdiqlənib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qazaxıstan xalqının rifahını daha da artırmağa yönəlik islahat gündəminə dair dəstək bəyan edilib.

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası bu mövzuda yaxın əməkdaşlıq və məşvərət içərisində qalmağa qərar verib.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region