USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağı tərk etmək istəyən ermənilərin sayı kəskin artıb


  • Region
  •  16:08 30.12.2021
  •  453
https://img.baki-baku.az/news/2021/12/photo_5982.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 24-də keçirdiyi mətbuat konfransı və oradakı qeydləri Qarabağda yaşayan ermənilərin ciddi narahatlığına səbəb olub, onlarda ümidsizlik yaradıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.

Qəzet qeyd edir ki, N. Paşinyanın onlayn mətbuat konfransında səsləndirdiyi fikirlərdən sonra Qarabağdakı ermənilər Ermənistanın onlardan imtina etməsindən narahatdırlar və düşünürlər ki, Nikol Paşinyan Qarabağ üçün danışıqlar prosesindən əl çəkməyə zəmin hazırlayır.

“Qarabağdan bizə bildiriblər ki, Nikol Paşinyanın mətbuat konfransından sonra mühacirət etmək niyyətində olanların sayı kəskin artıb, hətta Qarabağı heç vaxt tərk etməyəcəklərini deyənlər də indi getməyi düşünürlər. Onlar orada qalsalar belə, ailələrini Qarabağdan çıxarmaq istəyirlər. Deyirlər ki, Paşinyan Qarabağı birdəfəlik təslim etmək qərarına gəlib, belə olan halda Qarabağda qalan ermənilərin aqibətinin necə olacağı məlum deyil, heç olmasa uşaqlarımızı çıxaracağıq ki, xilas olsunlar”, - deyə nəşr yazır.

Qəzetin yazdığına görə, Paşinyanın mətbuat konfransı və açıqlamaları Qarabağdakı separatçılar arasında münasibətlərə də təsir edib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Region