USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin əmindir: Rusiya ilə Türkiyə birlikdə regional sabitliyi təmin edəcək


  • Region
  •  13:58 30.12.2021
  •  446
https://img.baki-baku.az/news/2021/12/photo_5979.jpg

Koronavirus pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, son vaxtlar Rusiya-Türkiyə əlaqələrinin, ilk növbədə, ticarət və iqtisadi, enerji və hərbi-texniki sahələrin inkişafı üçün çoxlu işlər görülüb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Yeni il münasibətilə təbrik məktubunda bildirilib.

Rusiya Prezidenti qeyd edib ki, kosmosun dinc yolla tədqiqi və virusa qarşı vaksinlərin istehsalı sahəsində iki ölkə arasında əməkdaşlığın yaxşı perspektivləri var. Putin birgə səylərlə səmərəli ikitərəfli əməkdaşlığın, o cümlədən beynəlxalq məsələlərdə sıx tərəfdaşlığın Rusiya və Türkiyənin dost xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq daha da inkişafını təmin etməyin mümkün olacağına əminlik ifadə edib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Region