USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan: “Azərbaycanla avtomobil əlaqəsi qurmaq üçün imkanlar yaranıb”


  • Region
  •  14:38 21.12.2021
  •  345
https://img.baki-baku.az/news/2021/12/photo_5926.jpg

“Azərbaycanla avtomobil əlaqəsi qurmaq üçün imkanlar yaranıb”.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə 26 noyabrda Soçidə və 14 dekabrda Brüsseldə keçirilən görüşlərin nəticəsinə əsasən, tərəflərin avtomobil əlaqəsini bərpa edə biləcəyini və bunun regionda yeni infrastruktur layihələrinin yaranmasına gətirib çıxaracağını bildirib.

N. Paşinyan dəmir yolu xəttinin açılması üçün Azərbaycan Prezidenti ilə prinsipial razılıq əldə olunduğunu da qeyd edib. O, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin yaxın 2-3 il ərzində istifadəyə verilə biləcəyini vurğulayıb.

Paşinyan yeni dəmir yolu xəttinin Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcəyini də əlavə edib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Region