USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mixail Saakaşvili məhkəmə qarşısında


  • Region
  •  12:12 29.11.2021
  •  233
https://img.baki-baku.az/news/2021/11/photo_5771.jpg

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.

Müdafiə tərəfindən vəkillərlə yanaşı M. Saakaşvilinin anası Qiuli Alasanianın məhkəmə iclasında iştirakına icazə verilib. M. Saakaşvilinin vəkillərinin iclasın yerli telekanallar vasitəsilə canlı yayımlanması tələbi qəbul edilməyib. Ümumilikdə 5 ayrı iş üzrə ittiham edilən sabiq Prezident M. Saakaşvilinin öz məhkəməsində iştirakına ilk dəfə icazə verilir.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan M.Saakaşvilinin səhhətinin yaxşılaşmasından və onun məhkəmədə iştirakına icazə verilməsindən məmnun olduğunu qeyd edib. Diplomat sabiq Prezidentin məhkəmənin ətrafına toplanmış tərəfdarlarını ədliyyə prosesinə mane olmamağa, aksiyanı dinc şəkildə keçirməyə çağırıb.

Artıq M. Saakaşvilinin tərəfdarlarının məhkəmə binasına gedən bəzi yolları bağladığı və avtomobillərin hərəkətini məhdudlaşdırdığı bildirilir.

Qeyd edək ki, Gürcüstana qeyri-qanuni yollarla qayıtmış M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. O, 50 gün boyunca keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində yaranmış problemlərlə əlaqədar müalicə alması üçün noyabrın 20-də Qori Hərbi Xəstəxanasına köçürülüb.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region