USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Postmünaqişə dövründə Britaniyanın Cənubi Qafqaz siyasəti - MÜZAKİRƏ


  • Region
  •  14:50 17.11.2021
  •  213
https://img.baki-baku.az/news/2021/11/photo_5672.jpg

15 noyabr tarixində Britaniya parlamentinin Lordlar Palatasında Ermənistanla Azərbaycan arasında postmünaqişə məsələlərinə həsr olunmuş növbəti qısa debat keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, debat zamanı Lordlar Palatasının qatı ermənipərəst mövqeyə malik üzvü Baroness Koks tərəfindən bəzi təhrif edilmiş və qərəzli bəyanatlar səsləndirilib.

 

Lakin onun iddiaları nə debatda Britaniya hökumətini təmsil edən xarici işlər nazirinin müavini Lord Zac Goldsmith, nə də Palatanın debatda iştirak edən əksər üzvləri tərəfindən dəstəklənməyib.

Suallara hökumət rəsmisinin verdiyi cavablar post-münaqişə mərhələsində Britaniya hökumətinin indiyə qədər nümayiş etdirdiyi balanslı mövqeyə uyğun olub. Lord Goldsmith ölkəsinin ortaya çıxan bütün fikir ayrılıqlarının yalnız danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib.

Debatda iştirak edən Lord Flight, Lord Hussain, Lord Kilclooney və digər Palata üzvləri isə postmünaqişə mərhələsində Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən Zəngəzur nəqliyyat dəhlizinin açılması, eləcə də Azərbaycan tərəfindən hərbi əsir kimi xarakterizə edilən bütün şəxslərin indiyə qədər Ermənistana qaytarıldığı, Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi və bu prosesdə Britaniyanın mümkün iştirakı, üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın bütün hərbi qüvvələrini sülhməramlıların yerləşdirildiyi Azərbaycan ərazilərindən regionundan çıxarmasının vacibliyi, işğaldan azad olunmuş Qarabağ ərazisi də daxil olmaqla Britaniyanın Azərbaycana sərmayələrini davam etdirməsi kimi məsələləri qaldırıblar.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region