USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov: “Ermənistanın hər hansı təhlükəli addımını hiss etsək, tərəddüdsüz lazımi cavabı verəcəyik”


  • Region
  •  13:16 17.11.2021
  •  241
https://img.baki-baku.az/news/2021/11/photo_5668.jpg

“Üçtərəfli bəyanatda yer alan bir çox maddənin icra olunmasına baxmayaraq, bir neçə məsələ öz həllini gözləyir. Amma biz həllini gözləyən problemlərə də pozitiv və konstruktiv yanaşırıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya deyib.

 bildirib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır: “Azərbaycan Prezidenti də iki ölkə arasında sülh və münasibətlərin normallaşmasına dair açıqlamalar verib”.

C. Bayramovun sözlərinə görə, sülhün əldə olunmasının ən önəmli şərti beynəlxalq hüquqa uyğun şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

XİN rəhbəri üçtərəfli bəyanata əsasən, nəqliyyat dəhlizləri ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb: “Bu məsələdə hələlik konkret bir proses yoxdur. Ümid edirik ki, Ermənistan tərəfi də bunu ən qısa müddətdə başa düşəcək. Ortaq bəyanata imza atan Ermənistan bu maddələri icra etməkdə məsuliyyətlidir. Bu bəyanat sadəcə Azərbaycanla Ermənistanı maraqlandıran bir məsələ deyil. Bütün bölgə ölkələrini maraqlandıran və onların maraqlarına uyğun bir prosesdir. Biz bu məsələdə arxayınıq. Münasibətlərin inkişafı, normallaşması Ermənistan hökumətinin, Ermənistan xalqının xeyrinədir”.

"Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrup yaradılıb, təxminən 10 aydır kommunikasiyaların bərpası üzrə çalışmalar aparılır. Bunun üçün mütəxəssislər bölgəyə gəlib, ərazinin vəziyyətini incələyirlər. Yalnız bunu deyə bilərəm ki, Ermənistanın bu məsələ əleyhinə açıqlamalarına, ziddiyyətli hərəkətlərinə baxmayaraq, Üçtərəfli İşçi Qrupu indiyə qədər çox böyük irəliləyiş əldə edib”, - nazir vurğulayıb.

C. Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması da çox əhəmiyyətlidir: “Üçtərəfli bəyanata görə, Azərbaycanın qərbi ilə Naxçıvan arasında yol açılacaq. Bu, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında birbaşa bağlantının təmin edilməsi deməkdir ki, bu da çox əhəmiyyətlidir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər əldə edəcək. Türkiyə üzərindən Avropa bazarına giriş imkanımız olacaq. Eyni şəkildə Türkiyə də Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanı qazanacaq və bu da Türkiyə üçün yeni fürsətlər yaradacaq. Bu, həm Ermənistan, həm digər bölgə ölkələrinin xeyrinədir. Ermənistanın da bunu başa düşərək çox konstruktiv addımlar atmasını gözləyirik”.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region