USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran prezidentindən Azərbaycan və Türkiyə ilə bağlı mühüm mesajlar


  • Region
  •  17:48 15.11.2021
  •  229
https://img.baki-baku.az/news/2021/11/photo_5649.jpg

“İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

İ. Rəisi deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.

İran Prezidenti qeyd edib ki, iki qonşu ölkə arasında yaxın əlaqələrin olması regionda sülh və sabitliyin də xeyrinədir: “Regional əməkdaşlıqlar beynəlxalq səviyyədə əməkdaşlığa qaldırılmalıdır. Hər iki ölkənin önəmli yerini nəzərə alsaq, bu kimi əməkdaşlıqlar dünyadakı proseslərə təsir edə bilər”.

İ. Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığı artırmağa hazır olduğunu bəyan edib.

İran prezidenti Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsindən və bölgədəki sabitlikdən də danışıb: “İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə münasibətləri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”.

M. Çavuşoğlu ölkəsinin İranla əməkdaşlığı yüksəltməkdə maraqlı olduğunu bildirib.

O, regionda sabitliyin təmin olunması üçün İranla əməkdaşlığın zərurətini vurğulayıb: “Türkiyə Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətlidir. Eyni zamanda, Cənubi Qafqazda sabitliyin artırılması və ticarət əlaqələrinin inkişafı üçün İran İslam Respublikası ilə müştərək əməkdaşlığı gücləndirməkdə maraqlıyıq”.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region