USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şuşa yaxınlığında terror - üçtərəfli bəyanatı pozmaq, Zəngəzur dəhlizinin açılmasına maneçilik cəhdi


  • Region
  •  13:16 15.11.2021
  •  248
https://img.baki-baku.az/news/2021/11/photo_5641.jpg

“Bizim Şuşaya səfərdən 2,5 saat əvvəl Şuşada yaxınlığında törədilən terror aktı Qafqazda sülhə, Azərbaycan Ordusuna, eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlmişdi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

Sergey Markov deyib ki, Rusiya sülhməramlıları da həmin qumbara atılan yerdə yerləşirdi: “Bir möcüzə oldu ki, Rusiya sülhməramlılarından heç kim xəsarət almadı. Bu cür terror hadisələri gələcəkdə baş verməməlidir. Bu terror aktının dəqiq araşdırılması aparılmalıdır. Bir çox təşkilatlar artıq bunu bir terror aktı kimi qəbul edib. Ermənistan hakimiyyəti də terrorizmlə mübarizə aparmalıdır. Şuşa yaxınlığında terror aktı Laçın dəhlizinin funksiyasını da şübhə altına alır. Bu terror aktı Laçın dəhlizində təhlükəsizlik strukturunun gücləndirilməsini və ya dəyişdirilməsini zəruri edə bilər ”.

“Biz Şuşada səfərdə olanda bərpa prosesini gördük. Şuşanın əsl sahibləri onu yenidən qurur”, - deyən Sergey Markov əlavə edib ki, Azərbaycanın Şuşanı turizm mərkəzinə çevirmək məqsədi doğrudur: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın dünyada mövqeləri möhkəmlənir. Prezident İlham Əliyev uzaqgörən liderlərdən biridir. Azərbaycan Prezidenti 21-ci əsrin ordusunu yaradı”.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün bərpası üçün hər şey edib: “Zəngəzur dəhlizinin açılması da regionda sülh və sabitliyə böyük töhfə verəcək”.

“Bizim səfərimiz zamanı Şuşa yaxınlığında törədilən terror aktı Azərbaycan və Rusiya hərbçilərinə qarşı yönəlmişdi". Bu fikri Rusiyanin "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

O deyib ki, bu terror aktında əsas məqsəd Azərbaycan və Rusiya hərbçiləri arasında qarşıdurmaya səbəb olmaq idi: “Şükür ki, terrorçu qısa müddətdə saxlanıldı. Yaxşı olar ki, bu terrorçunun əməllərinə hüquqi qiymət verilməsi üçün ya Rusiyaya, ya Azərbaycan hüquq mühafizə orqanlarına verilsin. Ya da bu terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın. Terror aktını törədən şəxs Ermənistan vətəndaşıdır və bu, beynəlxalq terror aktıdır”.

“Şuşa yaxınlığında törədilmiş terror aktı üçtərəfli bəyanatı pozmaq üçün həyata keçirilən ilk terror aktıdır”, - deyən İqor Korotçenko bildirib ki, elə etmək lazımdır ki, bir daha belə bir terror aktı törədilməsin: “Bu terror aktı üçtərəfli bəyanatı ləğv etməyə yönəlib. Terrorçunun erməni tərəfinə verilməsi belə bir terror aktının törədilə bilməsinə zəmin yaradır. Ona görə də Rusiya və Azərbaycan arasında bununla bağlı ekspert məsləhətləşmələri aparılmalı, bu məsləhətləşmələrin nəticəsi olaraq gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq mexanizm yaradılmalıdır”.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə qeyd edib ki, Rusiya sülhməramlılarının antiterror əməliyyatı aparmaq hüququ yoxdur: “Terrorçu qumbara atan zaman ona atəş açmaq olardı, amma terrorçunun evində axtarış aparmaq üçün Rusiya sülhməramlılarının səlahiyyəti yoxdur”.

Sergey Markov nəzərə çatdırıb ki, Rusiya sülhməramlılarının olduğu ərazidə yaşayanlar Rusiya pasportu almaq istəyirlər: “Ancaq Rusiya bunu arzulamır və bu, Rusiyanın marağında da deyil. Bu ərazilər Azərbaycanın əraziləridir”.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region