USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan: Gorus-Qafan yolunda Azərbaycan postlarının quraşdırılmasının qarşısını almaq olardı, amma...


  • Region
  •  12:07 11.11.2021
  •  303
https://img.baki-baku.az/news/2021/11/photo_5618.jpg?v=MjAyMS0xMS0xMSAxMzo1Mzo1MA==

Gorus-Qafan yolunda Azərbaycan postlarının quraşdırılmasının qarşısını almaq olardı, amma buna qarşılıq “dəhliz məntiqi” ortaya çıxacaqdı. "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında Azərbaycanın Gorus-Qafan avtomobil yolunda gömrük nəzarəti yaratmaq istəyini şərh edərkən deyib.

"Sual yarana bilər: bu yolda Ermənistan Respublikasının vətəndaşlarına və mallarına münasibətdə sərhəd nəzarəti həyata keçirilməməsi üçün danışıqlar aparmaq mümkün deyildimi? Ola bilərdi, amma dəhliz məntiqi ilə bu, bizim üçün qəbuledilməzdir.”, - deyə Paşinyan vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, Ermənistan öz ərazisindən hər hansı nəzarətsiz nəqliyyat dəhlizlərinin yaradılması imkanlarını inkar etməkdə davam edir.

"Bir gün əvvəl Azərbaycan tərəfindən qeyri-rəsmi məlumat daxil olub ki, noyabrın 11-i gecə yarısından etibarən Ermənistandan gələn yük maşınları və sərnişinlər üçün gömrük və pasport nəzarəti həyata keçirməyə hazırlaşırlar - eynilə avqust ayından İrandan gələn yük maşınlarına münasibətdə olduğu kimi", - deyən baş nazirin sözlərinə görə, Azərbaycan Gorus-Qafan avtomobil yolunda gömrük nəzarəti yaratmaq istədiyi üçün Ermənistan yeni yola keçəcək. Paşinyan eyni zamanda bu ifadəni işlədib: “Azərbaycan öz ərazisindəki Eyvazlı - Çayzəmi hissəsində gömrük nəzarəti qurmaq istəyir”.

Paşinyan bildirib ki, Ermənistan Gorus-Ağvani-Tatev yolu ilə hərəkət edəcək. On illərdir keçilməz olan bu yol demək olar ki, tam hazırdır. "Mən bu yolda getmişəm və təminat verə bilərəm ki, yüksək keyfiyyətli yol çəkilib. Yalnız onu maşınların keçidi üçün qoşqu ilə təchiz etmək qalır. Ötən gecə ərzində İranın avtomobilləri də daxil olmaqla, yüzə yaxın avtomobil bu yoldan hərəkət edib.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region