USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Məsihin mövludu şərəfinə - Rusiyanın Xankəndidə pravoslav kilsəsi oyunu


  • Region
  •  10:10 11.11.2021
  •  851
https://img.baki-baku.az/news/2021/11/photo_5612.png?v=MjAyMS0xMS0xMSAxNDo1MjoyNg==

Dünən Xankəndində Rusiya sülhməramlılarının hərbi şəhərciyinin yaxınlığında Rus Pravoslav Kilsəsinin açılışı olub. "Baki-Baku.az" xəbər verir ki, bununla bağlı məlumatı TASS yayıb. 

Məlumatda bildirilir ki, açılış mərasimində Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər. 

"Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də Məsihin mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi müqəddəs, tarixi əhəmiyyət kəsb edir", - deyə Xankəndidəki Rus İcmasının rəhbəri Aleksandr Bodrov bildirib. 

Maraqlıdır ki, kilsə məhz noyabrın 10-da - Ermənistanın İkinci Qarabağ Müharibəsində faktiki olaraq kapitulyasiyaya imza atdığı gün açılıb. Onun adı da maraqlıdır - Məsihin mövludu şərəfinə. Belə nəticəyə gəlmək olar ki, Rusiya Qarabağdakı mövcudiyyət faktorunu bizim yadımıza salmaq məqsədi güdür. Yəni Rusiya Qarabağdadır. Kilsənin açılışı sanki buna bir mesajdır. Kreml tərəfindən bu cür addımın atılması heç şübhəsiz, indi olmasa da, gələcəkdə suların bulandırılmasına hesablanıb. Sən demə, Xankəndində Rus İcması da var imiş.

Şəklə diqqət yetirin. Dünya tarixində bir ilkdir ki, kilsənin açılışını hərbçilər edir. 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region