USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azay Quliyev ATƏT PA-nın sessiyasında erməni həmkarının cavabını verib


  • Region
  •  11:10 04.11.2021
  •  222
https://img.baki-baku.az/news/2021/11/photo_5563.jpg

Məlum olduğu kimi, noyabrın 3-4-də ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir.Daimi komitənin iclasında Milli Məclis nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev çıxış edib. Onun çıxışına Ermənistan nümayəndə heyətinin yeni rəhbəri Euard Ağacanyan çıxış edərək Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. A.Quliyev isə təkrar söz alaraq erməni parlamentarinin cavabını verib. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. 

Məlumatda bildirilir ki, A.Quliyev çıxışının sonunda həmkarlarını tarixə qovuşmuş “Dağlıq Qarabağ” və ya qondarma “status” kimi anlayışlara istinad etməməyə çağırıb, eləcə də bu cəhdlərin heç bir müsbət nəticə vermədiyini və reallığı əks etdirmədiyini vurğulayıb. Deputat iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və bir daha xatırladıb ki, Azərbaycan öz suveren hüququna və beynəlxalq təcrübəyə əsaslanaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıb. Deputat hər kəsi ölkəsinin bu legitim haqqına hörmət etməyə çağırıb. Bu cür cəhdlərin Ermənistana, xüsusən də onun revanşist dairələrinə yanlış siqnal göndərdiyini, onlarda səhv ümid və gözləntilər yaratdığını, eləcə də Üçtərəfli Bəyanatın imzalanması ilə regionda yaranmış kövrək sülhü təhdid altına saldığını vurğulayan Azay Quliyev Ermənistanın Azərbaycanın sülh təklifinə adekvat cavab verməyə, qonşuları ilə münasibətləri normallşadırmağa çağırıb.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region