USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransanın Qarabağla bağlı roluna həsr olunmuş №dəyirmi masa№ keçiriləcək


  • Region
  •  10:05 04.11.2021
  •  229
https://img.baki-baku.az/news/2021/11/photo_5558.jpg

Azərbaycanın Fransadakı səfirliyi və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Eldar Quliyev tədbirdə iştirak edəcək.

Soltan Məmmədov APA-ya açıqlamasında bildirib ki, dəyirmi masada Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Avropa ölkələrinin, o cümlədən Fransanın regionda sülh, sabitlik və əməkdaşlığın təşviq olunmasına verə biləcəyi töhfələr müzakirə ediləcək.

Deputat qeyd edib ki, səfər çərçivəsində Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamberlə də görüşəcək: “Bundan başqa, Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüş də nəzərdə tutulur. Hər iki görüşdə parlamentlərarası əlaqələrin inkişafı, Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması ilə bağlı bəzi ideya və təkliflərin müzakirəsi planlaşdırılır.

Həmçinin, Fransadakı Azərbaycan diaspor təşkilatlarının, o cümlədən, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvləri ilə də görüşəcəm. Diaspor nümayəndələri ilə Azərbaycan dövlətinin diaspor siyasəti, Fransada yaşayan azərbaycanlıların ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq”.

Milli Məclisin deputatları Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını da ziyarət edəcəklər.

Səfər çərçivəsində Fransanın bəzi media orqanları ilə görüşlər də planlaşdırılır.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region