USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nazir: “Ümid edirik ki, Ermənistan tərəfindən verilən son müsbət mesajlar yalnız sözdə qalmayacaq”


  • Region
  •  15:09 20.10.2021
  •  225
https://img.baki-baku.az/news/2021/10/photo_5435.jpg

“Bir neçə gündən sonra Vətən müharibəsinin başa çatmasının bir ilini qeyd edəcəyik. Xorvatiyalı həmkarımla müzakirələrimizdə üçtərəfli bəyanatların imzalanması, regionda yaranan yeni reallıqlar və onun perspektivləri müzakirə olunub. Azərbaycanın apardığı işlər barədə həmkarımı məlumatlandırdım”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

C. Bayramov deyib ki, Xorvatiyanın təcrübəsi nəzərə alınaraq, post-münaqişə dövründə məcburi köçkünlərin geri qayıtması, reinteqrasiya məsələləri müzakirə olunub: “Dost və tərəfdaş şirkətlərin azad olunmuş ərazilərdə fəaliyyətini müzakirə etdik. Xorvatiya ilə minatəmizləmə sahəsində əməli işlər aparılır, müvafiq avadanlıqlar sifariş edilib və onlar Azərbaycana çatdırılır”.

Nazir qeyd edib ki, görüşdə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, bəyanatların müddəalarının reallaşmasının labüdlüyü vurğulanıb: “Razılaşmanın vacib hissəsi olan kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın bu gün Moskvada iclası keçirilir”.

C. Bayramov indiyədək Ermənistan tərəfindən ziddiyyətli bəyanatlar verildiyini, üçtərəfli komissiyanın iclaslarının bir müddət dayandırıldığını bildirib: “Ümid edirik ki, Ermənistan hökuməti tərəfindən verilən son müsbət mesajlar yalnız sözdə qalmayacaq, əməli istiqamətdə də müsbət nəticələr əldə edəcəyik”.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Region