USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əli Nağıyev və Orxan Sultanov MDB ölkələri təhlükəsizlik orqanı və kəşfiyyat xidməti rəhbərlərinin görüşündə iştirak edib


  • Region
  •  13:23 15.10.2021
  •  240
https://img.baki-baku.az/news/2021/10/photo_5381.jpg

Oktyabrln 13-də Rusiyanın paytaxtı Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin növbəti iclası keçirilib, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov müvafiq nümayəndə heyətləri ilə tədbirdə iştirak edib.

Dövlət Təhülkəsizlik Xidmətindən APA-ya verilən məlumata görə, iclasda MDB regionunda mövcud olan təhlükəsizlik mühitinə mümkün təhdidlər, xüsusən Əfqanıstan ətrafında yaranmış vəziyyət, onun beynəlxalq terrorçuluqla mübarizəyə təsiri, habelə MDB ölkələrində ictimai-siyasi sabitliyin pozulmasına yönələn və bəzən üçüncü ölkələrin ərazisindən həyata keçirilən pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular istiqamətində uğurlu nəticələrin əldə olunmasının iştirakçı dövlətlərin birgə səyləri nəticəsində mümkün olduğu xüsusi qeyd edilib. Bildirilib ki, destruktiv qüvvələrə qarşı səmərəli və effektiv mübarizə aparılması, MDB məkanında təhlükəsizliyin qorunub saxlanması, ölkələrin milli maraq və mənafelərinin etibarlı təmin olunması üçün xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətləri daha da genişlənməli, mütəmadi analiz və monitorinqlər keçirilməklə faydalı məlumat mübadiləsi işi daim təkmilləşdirilməlidir.

Qeyd olunub ki, bu gün dünyanın bir çox yerlərində silahlı münaqişə ocaqlarının olması, nəzarətsiz ərazilərin mövcudluğu, narkotik qaçaqmalçılığı və terrorçu-ekstremist qruplaşmaların öz fəaliyyətlərini aktiv şəkildə davam etdirməsi əmin-amanlığa ciddi təhdidlər yaratmaqla yanaşı, təhlükəsizlik və kəşfiyyat strukturlarını da yeni çağırışlarla üzbəüz qoyub. Bu səbəbdən də müvafiq orqanlar arasında əlaqələndirilib və sistemli işin daha yüksək səviyyədə təşkil olunmasının, zərurət olduğu təqdirdə pozucu ünsürlərə qarşı birgə əməliyyatların keçirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətlərinin rəhbərlərini Rusiya Prezidenti Vladimir Putin də videoformatda qəbul etmiş, müzakirəyə çıxarılan məsələlərlə bağlı öz tövsiyələrini verərək, MDB-yə üzv ölkələrin təhlükəsizliyi əleyhinə olan təhdidlərə qarşı MDB kəşfiyyat xidmətlərinin potensialından istifadə olunmasının önəmini vurğulanıb və tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzu edib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Region