USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın Rusiyadakı səfiri təyin olunmaq üçün Anna Akopyana 500 min dollar rüşvət


  • Region
  •  12:44 08.10.2021
  •  441
https://img.baki-baku.az/news/2021/10/photo_5306.jpg

Moskvadakı erməni icmasının rəhbəri, tanınmış sahibkar və ictimai xadim olduğu bildirilən Artyom Vardanyan Ermənistanın Rusiyadakı səfiri təyin edilmək üçün ölkənin baş nazirinin həyat yoldaşı Anna Akopyanın adına olan fonda hər il 500 min dollar pul köçürəcək. "Baki-Baku.az" xəbər verir ki, belə bir iddia ilə Ermənistandakı "Past" qəzeti çıxış edib.  

Qəzetin yazdığına görə, Vardanyanı A.Akopyan himayə edir. Maraqlıdır ki, Akopyan iki ay əvvəl Vardanyanla görüşüb və həmin görüşdən şəkli özünün facebook səhifəsində yayımlayıb. 

Vardanyan bir müddət əvvəl deyib ki, Ermənistan hakimiyyəti qərar versə, ona xidmət etməyə hazırdır. Lakin o, Akopyanla bu barədə söhbətin getdiyinə dair məlumatları təkzib edib. 

"Past" qəzetinin mənbələri hakimiyyətin Vardanyanın Rusiyaya səfir təyinatında qərarlı olduğunu bildiriblər. Bu isə nəşrin iddia etdiyi 500 min dollar məsələsinin həqiqətə uyğunluğunu təsdiqləyir. Qəzet həmçinin bildirir ki, Ermənistan hakimiyyəti bu təyinatla Rusiyadakı sahibkarları öz ətrafında cəmləşdirməyə, əlində saxlamağa cəhd göstərir. Bunun Rusiya tərəfindən də anlaşıldığını diqqətə çatdıran nəşr Moskvanın Vardanyanın təyinatına necə yanaşacağının maraq doğurduğunu da vurğulayıb. 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region