USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ATƏT PA-dan Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürülməsinə reaksiya


  • Region
  •  13:23 03.09.2020
  •  324
https://img.baki-baku.az/news/2020/09/photo_530.jpg

ATƏT Parlament Assambleyası (PA) rəhbərliyinin sentyabrın 2-də keçirilən iclasında qurumun Büro üzvləri Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə Livan ermənilərinin qanunsuz köçürməsindən və işğalçı ölkənin Azərbaycana qarşı törətdiyi təxribatların son aylarda daha da intensivləşməsindən narahatlıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın rəsmi internet səhifəsində Assambleyanın Bürosunun onlayn iclasına dair dərc olunan mətbuat açıqlamasında təşkilatın prezidenti Georgi Tsereteli tədbirdə ATƏT regionunda davam edən münaqişələr, Dağlıq Qarabağ problemində son bir neçə ayda baş verən eskalasiya, Gürcüstan ərazisində davam edən qanunsuz sərhədləşmə prosesi və Ukrayna ərazilərinin qeyri-qanuni işğalının davam etməsi məsələlərinə toxunub.

Eyni zamanda, Büro üzvləri ATƏT PA-nın Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə töhfə verməsi üçün mövcud perspektivləri, ABŞ və Belarusdakı son durumu, həmçinin COVID-19 pandemiyasının yaratdığı fəsadların aradan qaldırılmasının əhəmiyyətini vurğulayıblar.

Ermənistan-Azərbaycan münaqişəsinin cari vəziyyətinə toxunan ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Büro üzvlərinə prezident Tsereteli və bir sıra ölkələrin qurumdakı nümayəndə heyətlərinin rəhbərlərinə ünvanladığı məktublar barədə məlumat verib. ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu məktublarda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn və 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə uyğun ədalətli həllinə dəstək göstərməyə çağırış əksini tapıb. Büro iclası ilə bağlı ATƏT PA-nın mətbuata yaydığı rəsmi açıqlamada qurumun vitse-prezidentinin Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinə etirazı əksini tapıb. “Azay Quliyev Beyrut şəhərində baş verən son partlayışdan sonra Ermənistanın erməni mənşəli livanlıların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi haqqında məsələ qaldırıb və bu barədə narahatlığını ifadə edib”, - deyə açıqlamada deyilir.

Xatırladaq ki, ATƏT PA Bürosunun sentyabrın 2-də keçirilən iclasında qeyd olunan məsələlərlə yanaşı, Ermənistanın həyata keçirdiyi Tovuz təxribatı və Rusiya Federasiyasının işğalçı ölkəmizi silahlandırması faktları da müzakirə olunub.

ATƏT PA-nın Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı fəaliyyətinə münasibət bildirməsi beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə daha adekvat qiymət verməsi və ölkəmizin ədalətli mövqeyinin müdafiəsi baxımından xüsusi önəm kəsb edir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region