USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin Ərdoğanla görüş barədə: "Bizim danışıqlarımız heç də asan keçmir, lakin yekunda müsbət nəticə əldə olunur"


  • Region
  •  15:51 29.09.2021
  •  220
https://img.baki-baku.az/news/2021/09/photo_5194.jpg

“Təəssüf ki, pandemiya səbəbindən il yarımdan çoxdur üz-üzə görüşə bilmirik. Lakin buna baxmayaraq, daim təmasdayıq”.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

 

"Münasibətlərimiz müsbət məcrada inkişaf edir. Profil qurumlarımız daim bir-biri ilə bütün istiqamətlərdə işləyirlər. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 20 faiz azalıb. Bu ilin ilk doqquz ayında ticarət dövriyyəsinin həcmində 55 faiz artım qeydə alınıb. Biz nəinki pandemiya dövründə itirdiyimizi geri qazanmışıq, hətta önəmli bir artım əldə etmişik. Bizim danışıqlarımız heç də asan keçmir, lakin yekunda müsbət nəticə əldə olunur. Qurumlarımız hər iki tərəf üçün sərfəli güzəştləri axtarıb tapmağı öyrənib. Ölkələrimizin qarşılıqlı investisiyaları artmağa davam edir. Türkiyənin Rusiya iqtisadiyyatına investisiyasının həcmi 1,5 mlrd. dollara yaxındır. Rusiyanın Türkiyə iqtisadiyyatına yatırdığı sərmayənin həcmi isə 6,5 mlrd. dollardır. Nəhəng layihələrimiz həyata keçirilir və onların həyata keçirilməsi plan üzrə gedir. “Türk axını” kəməri tam həcmdə işini davam etdirir. Fürsətdən istifadə edib, “Türk axını” qaz kəmərinin inşa olunmasında tutduğunun dəyişməz və ardıcıl mövqeyə görə sizə bir daha təşəkkürümü bildirirəm. “Türk axını” qaz kəməri layihəsi Rusiya və Türkiyə xalqlarının maraqlarına cavab verir. İndi biz Avropanın qaz bazarında baş verən mürəkkəb vəziyyəti, dalğalanmanı müşahidə edərkən, Türkiyə özünü tamamilə etibarlı və stabil hiss edir. “Akkuyu” AES-in inşası proqrama uyğun olaraq davam etdirilir” - Rusiya Prezidenti qeyd edib.

V. Putin ölkəsinin beynəlxalq arenada da Türkiyə ilə uğurlu əməkdaşlıq etdiyini xüsusi vurğulayıb: “Suriya və Liviya ilə bağlı əməkdaşlığımızı nəzərdə tuturam. Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyət göstərir. Bu, sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatıdır. Müzakirə olunacaq məsələlər çoxdur. Sizi Rusiyada görməkdən çox şadam. Telefonla hər şeyi müzakirə edə bilmirik. Bir daha xoş gəlmisiniz!”




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Region