USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan: “Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır”


  • Region
  •  15:46 20.09.2021
  •  192
https://img.baki-baku.az/news/2021/09/photo_5067.jpg

“Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüş zamanı deyib.

“Biz kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq. 25 ildən artıqdır ki, blokadadayıq. Biz bunu blokadanı aradan qaldırmaq üçün bir fürsət olaraq görürük. Ümid edirik ki, apardığımız işlər nəticəsində konkret həllə nail olacağıq”, - deyə o bildirib.

Nikol Paşinyan, A. Overçuka regional kommunikasiyaların açılmasını müzakirə etmək üçün yaradılan Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun fəaliyyətini təşkil etdiyinə görə təşəkkür edib.

“Nəhayət, bizim üçün vacib olan Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcəyik ki, bu da iqtisadiyyatımızın inkişafı və Avrasiya İqtisadi İttifaqına inteqrasiyamız üçün yeni imkanlar açacaq”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Region