USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ-ın Ermənistandakı səfiri: Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq


  • Region
  •  15:55 15.09.2021
  •  383
https://img.baki-baku.az/news/2021/09/photo_5040.jpg?v=MjAyMS0wOS0xNSAxNjowMzo1Mg==

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azərbaycan polisinin Gorus-Qafan yolunu nəzarətə götürməsinə münasibət bildirib. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, xanım Treysi bildirib ki, Sünik bölgəsində, xüsusən də Gorus-Qafan yolunda gördükləri son dərəcə əhəmiyyətlidir. "Bu baxımdan biz həmişə vurğuladıq ki, 9 noyabrda əldə olunmuş atəşkəs razılaşmasından sonra hərtərəfli nizamlanmaya ehtiyac var", - deyə səfir jurnalistlərə müsahibəsində vurğulayıb.

“Ermənistan və Azərbaycan davamlı sülhə nail olmalıdır. Vurğulamaq istəyirəm və bunu bir neçə dəfə demişəm: Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Xüsusilə sərhəd bölgələrində müşahidə etdiyimizə əsasən müxtəlif gərginliklərin aradan qaldırılması baxımından çox əhəmiyyətli danışıqlar tələb edən hərtərəfli nizama ehtiyac olduğunu görürük. Bu Amerika siyasətinin mövqeyidir" deyən Linn Treysi Dağlıq Qarabağın statusu məsələsinin ATƏT-in Minsk qrupunun gündəliyində qaldığını da deyib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Region