USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AŞPA Qarabağ müharibəsi sonrası bölgədəki humanitar durumdan təəssüflənir - HESABAT


  • Region
  •  15:26 15.09.2021
  •  185
https://img.baki-baku.az/news/2021/09/photo_5039.jpg

Avropa Şurası Parlament Assambleyası Ermənistan və Azərbaycan arasındakı münaqişənin faciəvi humanitar nəticələrinə görə təəssüflənir. "Bakı-Baku.az" xəbər verir ki, bu məqam AŞPA-nın yeni hesabatında əksini tapıb.

"Bu, birincisi 1991-ci ilin sonundan 1994-cü ilə qədər, ikincisi isə 2020-ci ildəki altı həftəlik müharibədən sonra iki böyük müharibənin baş verdiyi bir qarşıdurmadır" fikrinin yer aldığı hesabatda bildirilib ki, son 6 həftəlik müharibə zamanı 3900-dən çox erməni və 2900-dən çox Azərbaycan əsgəri öldürüldü və ya itkin düşdü, çoxlu mülki şəxs həyatını itirdi.

Hesabatda ölən və itkin düşənlər, yaralılar, əsir və ehtimal edilən əsirlər, müharibə cinayətləri, minalar və partlamamış hərbi sursat məsələlərinə da toxunulub. Assambleya Ermənistana və Azərbaycana humanitar nəticələrin aradan qaldırılması, sülh və barış prosesinə doğru addımlar atılması ilə bağlı tövsiyələr verib: "Avropa Şurası da daxil olmaqla beynəlxalq birlik hər iki ölkəyə kömək etməyə çağırılır".

Hesabat müəllifləri əlavə edirlər ki, son 6 həftəlik müharibədə təxminən 3945 erməni və 2.907 azərbaycanlı öldü. Mülki insan tələfatına gəlincə, AŞPA hesabatında bildirib ki, Ermənistan hüquq nüdafiəçisi 163 itki, Azərbaycan tərəfi isə 548 hadisə (o cümlədən 95 mülki şəxsin ölümü) barədə məlumat verib.

Sənəddə o da vurğulanıb ki, hər hansı bir müharibədən sonra əsas problemlərdən biri itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və qaytarmaqdır. 243 erməni və 7 azərbaycanlı hələ də itkin düşmüş hesab olunur. Hesabatda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə 1651 erməninin qalıqlarının, 395 həlak olmuş azərbaycanlının isə Ermənistan tərəfindən geri qaytarıldığı qeyd edilir.

"Ümumiyyətlə, 6 həftəlik müharibə zamanı itkin düşmüş şəxslərin qalıqlarını tapmaq səyləri üçün tərəflər təqdir edilə bilər" deyən hesabat müəllifləri Üçtərəfli bəyanatın 8-ci maddənin müvafiq bəndinə uyğun olaraq daha çox addımların atılmasını, tam və davamlı əməkdaşlığın lazım olduğunu önə çəkiblər. 

AŞPA məzar yerlərinin müəyyənləşdirilməsi və qalıqların qaytarılması üçün hər iki tərəfin tam əməkdaşlıq etməsinin vacibliyindən də söz açıb. Hesabatda deyilir ki, tərəflər son döyüş sahələrinə çıxışı təmin etməkdə və iki tərəf arasında təmasları asanlaşdırmalıdırlar. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Region