USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nikol Paşinyandan Türkiyəyə qarşı müsbət jest - münasibətləri normallaşdırmağa hazırıq


  • Region
  •  12:24 08.09.2021
  •  302
https://img.baki-baku.az/news/2021/09/photo_4936.jpg?v=MjAyMS0wOS0wOCAxMjo0MjoxMQ==

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsinə toxunub. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı "Armenpress" yayıb.

Məlumatda bildirilir ki, N.Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan-Türkiyə dəmir yolu və avtomobil yollarının işinin bərpası barədə danışmaq imkanını gördüyünü deyib. "Belə bir söhbətə hazırıq. Söhbət ümumiyyətlə, bölgəmizi qərbdən şərqə, şimaldan cənuba bağlayan bir qovşağa çevirməkdən gedir", - deyə Paşinyan vurğulayıb.

Baş nazir Rusiyanın bu prosesi fəal şəkildə dəstəkləməyə hazır olduğunu göstərdiyini də bildirib. “Avropa Birliyi, Fransa və ABŞ da bu prosesdə maraqlıdır. Çin və Hindistanın kommunikasiya layihələrinin inkişafına olan marağı da məlumdur”, - deyə Paşinyan əlavə edib. 

Paşinyan onu da deyib ki, bölgədə sülh və sabitlik Ermənistan hökumətinin uzunmüddətli strategiyasıdır. “Və biz bu problemin həllində özümüzü məsuliyyətli hesab edirik. Sülh, sabitlik, əməkdaşlıq asanlıqla elan olunur və arzu olunan məqsədlərdir, lakin onların həyata keçirilməsi ağlabatan, düşünülmüş, praqmatik səylər tələb edir. Ermənistan belə səylər göstərməyə hazırdır", - deyə Paşinyan fikrinə aydınlıq gətirib.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region