USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrov: Qarabağ münaqişəsinin tənzimlənməsi üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb


  • Region
  •  15:54 01.09.2020
  •  308
https://img.baki-baku.az/news/2020/09/photo_475.jpg

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib.

O bildirib ki, Rusiya müxtəlif münaqişələrin tənzimlənməsi üçün şərtlərin yaradılması üzrə beynəlxalq səylərdə iştirak edir:

“Bu, Dağlıq Qarabağ məsələsinə də aiddir. Bu məsələnin baxılması üçün ATƏT Minsk qrupu təsis edilib və onun həmsədrləri Rusiya, ABŞ və Fransadır. Qrupa həm də digər ölkələr, o cümlədən Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir. Amma bu qrupun qərarı ilə həmsədr ölkələr – Rusiya, ABŞ və Fransaya tərəflərin ümumi qəbul olunan razılaşma əldə edə biləcəkləri mühiti yaratmaq üçün gündəlik iş səlahiyyətləri verilib. Biz problemin həlli üçün ssenarilər yazmırıq, biz onların öz aralarında danışa bilməsi üçün şərait yaradırıq. Son 18 il ərzində tərəflər arasında ilk sənədlər hazırlanıb. Az iş görülməyib. Burada BMT Nizamnaməsinin prinsiplərini, Helsinki yekun aktının prinsiplərini də əks etdirən prinsiplər formalaşdırılıb. Həmçinin, tənzimlənmənin baş tutması üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb”.

S.Lavrov qeyd edib ki, son dövrlər ərzində bir neçə insident baş verib və bu, gərginliyi ciddi şəkildə artırıb, həmsədrlərin düzgün mühitin formalaşmasına yönələn müsbət roluna kömək etməyib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region