USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şoyqu: "Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsinə kömək etməyə hazırdır"


  • Region
  •  14:59 11.08.2021
  •  322
https://img.baki-baku.az/news/2021/08/photo_4668.jpg

"Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsinə kömək etməyə hazırdır". "Baki-Baku.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada səfərdə olan həmkarı Arşak Karapetyanla görüşdə deyib. 

"Biz həm ikitərəfli formatda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Eyni zamanda, silahlı qüvvələrimizin islahat proqramının həyata keçirilməsinə kömək etməyə hazırıq. Vəzifə asan deyil, amma düşünürəm ki, sizin (Ermənistanın müdafiə naziri Arşak Karapetyan nəzərdə tutulur) təcrübənizlə bu həddə çatacağıq", - deyə Şoyqu bildirib.

Rusiyanın müdafiə naziri qeyd edib ki, yaxşı təchiz olunmuş 102-ci Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyinin qarantı olan ərazisində yerləşir. "Ermənistan Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır və biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq".

Şoyqu Karapetyanı müdafiə naziri vəzifəsinə təyinatla bağlı təbrik edərkən bu təyinatın Ermənistanın müdafiə sektorunda islahatların, çətin vəzifələrinin dayandığı zamanda gerçəkləşdiyini xüsusi vurğulayıb.

Karapetyan Şoyquya Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin bərpasına, qoşunların təchizatına, təlim keçməsinə kömək etmək istəyinə görə minnətdarlığını bildirib. O, müdafiə naziri rütbəsi ilə ilk xarici səfərinin Ermənistanın strateji müttəfiqi olan Rusiyaya olmasının üzərində dayanıb. "Rusiya erməni xalqı üçün həqiqətən təhlükəsizlik verən və bu gün təkcə Dağlıq Qarabağda deyil, birbaşa Ermənistanın sərhədlərində təhlükəsizlik məsələləri ilə məşğul olan yeganə dövlətdir", - deyə erməni nazir yaltaqlanıb. 




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region