USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Etibar Mirzəyev: Hazırda Türkiyədə FHN-in 743 əməkdaşı və 97 texnikası fəaliyyət göstərir


  • Region
  •  18:00 09.08.2021
  •  452
https://img.baki-baku.az/news/2021/08/photo_4635.jpg

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri təyinat məntəqələrinə çatdıqları andan yanğınlara qarşı mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 9-da Muğla vilayətinin Köyceğiz rayonunda Azərbaycan mediasının nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, yanğınların ən güclü vaxtında Azərbaycan yanğınsöndürənləri ümumilikdə 14 rayonda, o cümlədən strateji əhəmiyyətə malik Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyaları yaxınlığında, eləcə də Muğla vilayətinin Köyceğiz, Milas, Kavaklıdere, Marmaris və digər yaşayış məntəqələrində meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla mübarizə aparıblar. Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının qorunması üçün Azərbaycan yanğınsöndürənlərinin də iştirakı ilə mühafizə zolağı yaradılıb. Yeni yanğınlar baş verməsə digər yanğınlar qısa zamanda söndürüləcək.

FHN-in Türkiyəyə cəlb olunan canlı qüvvə və texnikasının sayı barədə məlumat verən E.Mirzəyev bildirib: “Hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Helikopterimiz 134 uçuş həyata keçirib və yanğın bölgəsinə 332 ton su töküb. Amfibiya təyyarəsi isə yanğınların söndürülməsi üçün 615 ton su səpib”.

Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə qardaş ölkədədir.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Region