USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Deputat: Ermənistandakı siyasi rejim faşizm ideologiyasına xidmət edir


  • Region
  •  14:19 01.09.2020
  •  287
https://img.baki-baku.az/news/2020/09/photo_457.jpg

Ermənistan hazırda ciddi təşviş içərisindədir. Həm pandemiyanın özü ilə gətirdiyi iqtisadi-siyasi fəsadlar, həm də ölkənin baş naziri Paşinyanın uğursuz fəaliyyəti düşmən ölkədə ciddi çaşqınlıq yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, vəziyyətin belə çətin olduğu bir vaxtda hakimiyyət diqqəti əsas problemlərdən yayındırmağa çalışır. Tovuz təxribatının kökündə də məhz bu məqsəd dayanırdı. Digər səbəb, heç şübhəsiz, ermənilərə stimul verən qüvvələrin fəallığı və bölgədə sabitliyi pozmaq cəhdidir. Həmin maraqlı qüvvələrin kimliyi də heç kimə sirr deyil. Daha bir səbəb isə Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun erməniləri ciddi narahat etməsi və Dağlıq Qarabağ probleminin tezliklə həllinə çalışmasıdıdır.

“Ermənistan və onun rəhbərliyi anlayır ki, qondarma və işğalçı siyasətlə çox uzağa gedə bilməyəcək. Hətta artıq erməni əsilli politoloqlar, siyasətçilər belə işğal altındakı torpaqların əzəli sahibinə qaytarılmasının zəruriliyini vurğulayırlar. Bu hal isə Paşinyanı və onun uğursuz komandasını qıcıqlandırır. Qıcıq isə təşviş, çaxnaşma və sistemsizlik yaradır”, - deyə E.Musayev bildirib.

Bu yaxınlarda BBC-nin müxbirinin Paşinyanı çıxılmaz vəziyyətə salmasından danışan deputat qeyd edib ki, Ermənistan rəhbərinin təcrübəli jurnalistin qəfil və məntiqli sualları qarşısında aciz qalması hələ də dünya mediasının gündəmindədir. Çünki işğalçı ölkə başçısının deməyə, danışmağa, cavab verməyə sözü yox idi. “Danışmağa tutarlı nəsə olmayanda ya nala-mıxa vururlar, ya susurlar, ya da təxribat törədirlər, elə Paşinyan kimi. Paşinyan boşboğaz olduğu üçün susmadı, çünki hər sifəti var. Təxribat isə onların qanındadır, qanları təxribatla yoğrulub”, - deyən Elşən Musayev bildirib ki, Ermənistan dövlətinin, onun siyasi hakimiyyətinin ideologiyası faşizm ideologiyasıdır. Faşist ruhlu insanların qəhrəmanlaşdırılması isə bu gün Paşinyanın yürütdüyü siyasətin əsas prioritetlərindəndir. Niyə? Çünki özləri də həmin ruhdadır, eyni zamanda, həmin qəlibdəndir. Tovuz təxribatı bir daha sübut etdi ki, Ermənistanın Azərbaycanla üzbəüz döyüşmək cəsarəti yoxdur. Onlar ancaq faşistlər kimi təxribat törətməyi, xaincəsinə qəfil hücum etməyi, bütün ümumbəşəri dəyərləri, qanunları, Konvensiya müddəalarını pozmağı bacarırlar.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region