USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan: Ermənistan dəhliz məntiqinin heç bir məsələsini müzakirə etməyib, etmir və etməyəcək


  • Region
  •  13:08 29.07.2021
  •  311
https://img.baki-baku.az/news/2021/07/photo_4551.jpg

Ermənistan-Azərbaycan sərhədində vəziyyət hələ də sabitləşməyib. "Baki-Baku.az" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasındakı çıxışında bildirib. O, əlavə edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin vəziyyətin siyasi və uzunmüddətli həllinə yönəlmiş bütün təkliflərinə cavab verməyərək təcavüzkar ritorika və hərəkətlər etməyə davam edir.

N.Paşinyanın sözlərinə görə, Azərbaycan bütün hərəkətləri ilə 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarını gözdən salır, hər hansı dialoq ehtimalını əngəlləməyə çalışır və bununla regional kommunikasiyaların açılmasını nüfuzdan salır. "Azərbaycan konkret marşrutları və istiqamətləri göstərərək dəhlizdən danışır. Mən dəfələrlə demişəm ki, Ermənistan dəhliz məntiqinin heç bir məsələsini müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək", - deyən Paşinyan bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açıqlığının lazım olmasından söz açıb.

“Ermənistanın Azərbaycan ərazisindən keçərək Rusiya, Orta Asiya və İranla, Azərbaycanın da Naxçıvan, Gürcüstan və İranla Ermənistan ərazisi vasitəsi ilə əlaqəsi olmalıdır. Bu proqramı həyata keçirmək üçün müvafiq bölmələrdə gömrük keçid məntəqələri yaratmaq lazım gələcək”, - deyən N.Paşinyan MDB sərhədlərində fəaliyyət göstərən keçid məntəqələrini nümunə göstərib.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Region