USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nikol Paşinyan Rusiya sülhməramlılarının missiyasını gözdən salmaq yolu tutur


  • Region
  •  12:41 29.07.2021
  •  265
https://img.baki-baku.az/news/2021/07/photo_4550.jpg

Azərbaycan sülhməramlıların mandatını hələ imzalamayıb. "Baki-Baku.az" "Armenpress"ə istinadən xəbər verir ki, bu fikri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasındakı çıxışında dilə gətirib. 

"Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin aprelin 13-də danışıqların bərpası barədə bəyanatı da daxil olmaqla beynəlxalq ictimaiyyətin münaqişənin uzunmüddətli siyasi həllinə dair bütün təkliflərinə məhəl qoymadan aqressiv ritorika və hərəkətlərdən istifadə etməyə davam edir", - deyə N.Paşinyan əlavə edib. Onun sözlərinə görə, Azərbaycan bütün hərəkətləri ilə 10 noyabr və 11 yanvar bəyanatlarını nüfuzdan salır, hər hansı dialoq fürsətini pozmağa çalışır.

N.Paşinyan onu da bildirib ki, Azərbaycanda erməni əsirlərlə bağlı məhkəmələr davam edir, onlar uzun müddətli həbs cəzalarına məhkum edilirlər. "Xüsusi diqqət çəkən məqam budur ki, əsirlərin demək olar ki, hamısı 10 noyabrdan sonra sülhməramlıların məsuliyyət zonalarında əsir götürülmüş şəxslərdir. Bu həqiqəti Azərbaycanda sülhməramlılara qarşı aparılan anti-təbliğatla və Azərbaycanın hələ də sülhməramlıların mandatına imza atmaması ilə əlaqələndirsək, bunun sülhməramlılara qarşı yönəlmiş hərəkət olduğu aydın olur. Yəni Dağlıq Qarabağdakı sabitliyə və barışa qarşı hərəkət", - deyə Paşinyan fikrinə aydınlıq gətirib. 




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Region