USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zaxarova Ermənistan-Azərbaycan sərhəddindəki durumla bağlı Rusiya XİN-in münasibətini açıqlayıb


  • Region
  •  12:23 29.07.2021
  •  284
https://img.baki-baku.az/news/2021/07/photo_4549.jpg

"Həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqədə olan Rusiya Ermənistan-Azərbaycan sərhədindəki və Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirir". "Baki-Baku.az" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə Ermənistan-Azərbaycan sərhədindəki hazırkı durumla əlaqədar fikirlərini bölüşərkən deyib.

“Rusiya sabitliyin qorunmasına, dinc həyatın qurulmasına, hərbi əsirlərin və qaçqınların geri qaytarılması, ölənlərin cəsədlərinin mübadiləsi daxil olmaqla humanitar problemlərin həllinə əhəmiyyətli töhfə verməyə davam edir. Bakı ilə Yerevan arasında etimadın yaradılmasını dəstəkləyirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının, BMT və YUNESKO üçün bölgəyə çıxışı təmin etmək istiqamətində çalışmalar aparırıq. Əlbəttə, Rusiya Xarici İşlər Nazirliyi sərhədin müəyyən hissələrində regional vəziyyətə son dərəcə mənfi təsir göstərən hər hansı gərginlik və ya gərginlik təzahürünü narahatlıqla qəbul edir", - deyən M.Zaxarova sərhəd mübahisələrinin həllinin yalnız siyasi və diplomatik yollarla təmin edilməli olduğunu vurğulayıb. O bildirib ki, qarşıdurma ritorikasından və hər hansı güc tətbiqi metodundan çəkinmək lazımdır.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Region