USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistandan Xankəndi sakinləri üçün ayrılan yardımın kəsiləcəyi qərarı hay-küy doğurub


  • Region
  •  16:14 28.07.2021
  •  208
https://img.baki-baku.az/news/2021/07/photo_4541.jpg

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın Xankəndi ilə bağlı açıqlaması cəmiyyətdə hay-küy yaradıb.

Nazirin açıqlamasından belə çıxıb ki, orada yaşayanlar “hazıryeyənlərdir”. Kerobyan bildirib ki, hazırda Xankəndidə həddən artıq çox adam yaşayır. Hərçənd cəmiyyətdən gələn səslər bunun əksini deyir. Amma nazir deyib ki, insanlar orada ona görə yaşayırlar ki, biz Ermənistan büdcəsindən onlara yardım edirik. Kerobyan bildirib ki, yardım aldıqlarına görə də heç kim işləmək istəmir. Onun sözlərinə görə, artıq avqust ayından etibarən Xankəndi sakinlərinə Ermənistan büdcəsindən maliyyə yardımları dayandırılacaq.

Bizimyol.info xəbər verir ki, nazirin açıqlamasına müxtəlif ictimai xadimlər və jurnalistlərdən raksiyalar gəlib. Belə jurnalistlərdən biri də Aram Qorqyan olub.

O, təbii ki, iqtisadiyyat nazirini satqın adlandırıb. Həmçinin nazirin açıqlamasında yer alan əsas fikri də şübhə altına alıb. Jurnalistin fikrincə Xankəndidə “heç vaxt olmadığı qədər çox adamın yaşaması” barədə Kerobyanın verdiyi açıqlama heç bir məntiqə sığmır. Çünki şəhər əhalisinin əksər hissəsi oranı tərk edib. Media təmsilçisi hesab edir ki, nazir bununla demək istəyir ki, onların yadımı sayəsində Xankəndi mövcudluğunu saxlayır. Amma Qorqyan deyir ki, elə 21 min şəhər sakini hazırda Ermənistanda qaçqın həyatı yaşayır.

Jurnalist Xankəndi sakinlərinə edilən yardımların məbləğini də açıqlayıb. Məlum olub ki, sosial statusundan asılı olaraq sakinlər Ermənistan büdcəsindən müxtəlif məbləğlərdə yardımlar alırmışlar. Amma əsasən ailə başçılarına ayda 68 min dram (238 Azərbaycan manatı) həcmində yardım ödənilirmiş. Bununla belə, Qorqyan iddia edir ki, bu yardımlar yalnız əlilliyi olanlara verilirmiş. Hərçənd rəsmi İrəvan daha çox sosial kateqoriyaya yardım etdiyini bildirir.

Jurnalistin sözlərinə görə, Xankəndidən və Azərbaycanın azad etdiyi başqa ərazilərdən Ermənistana qaçan ailələrin hər birinə 3 aylıq müddət üçün 300 min dram (1050 manat) ödənilib.

Cəmiyyətdə belə bir fikir yaranıb ki, rəsmi İrəvan Qarabağdan birdəfəlik imtina edir və gələcəkdə problemlərdən birdəfəlik yaxa qurtarmaq üçün əhalinin də orada qalmasını istəmir. Ona görə də yardımı dayandırır ki, insanlar oranı tərk edib Ermənistana getsin.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Region