USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni politoloq: Əliyev kifayət qədər ciddi oyunçudur


  • Region
  •  14:49 27.07.2021
  •  296
https://img.baki-baku.az/news/2021/07/photo_4519.jpg

Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə bitib, noyabrda sona çatıb. "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndaryan jurnalistlərlə keçirdiyi görüşdə sərhəddəki gərginləşmə və genişmiqyaslı hərbi əməliyyatların bərpa olunma ehtimalı ilə bağlı sualları cavablandırarkən deyib. 

Erməni politoloqun sözlərinə görə, münaqişə davam edir, lakin aşağı intensivlikdə. “Azərbaycan Prezidenti İlham Əliyev müharibənin nəticələrini mümkün qədər əlinə saxlamağa çalışır. Yəni, ermənilərdən mümkün olan hər şeyi maksimuma qədər sıxmağa çalışır. Bunu yalnızca açıqlamalardan da görmək mümkündür ” - deyə İskəndəryan izah edib.

Politoloq indiki mərhələdə Azərbaycanın Ermənistana müxtəlif yollarla təzyiq göstərdiyini qeyd edib. O, iki başlıca məqam üzərindən dayanıb. Bunlardan birincisi rəsmi Yerevana Qarabağ məsələsinin olmadığının, münaqişənin bitdiyinin və postkonflikt dövrünə keçmə vaxtının gəldiyinin söylənilməsidir.

Politoloqun fikrincə, ikinci məqam sövdələşmələrin bir hissəsi kimi istifadə olunan məhbuslardır. “Əliyev Ermənistanın daxili siyasi həyatında və ölkə daxili müzakirə sistemində kifayət qədər ciddi oyunçudur. Əslində, o, faktiki olaraq Ermənistan daxilində, həm jurnalistlər, həm də sosial media müstəvisindəki müzakirələri artıq dəyişib”, - deyə İskəndəryan vurğulayıb. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Region