USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ Senatındakı Türkiyə ilə bağlı dinləmələrdə Qarabağ məsələsi qaldırılıb


  • Region
  •  14:58 23.07.2021
  •  247
https://img.baki-baku.az/news/2021/07/photo_4476.jpg

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Türkiyəyə dair dinləmələr keçirilib. Dinləmələrdə ABŞ-ın Ankara siyasəti müzakirə olunub, həmçinin Türkiyənin Qarabağ məsələsinə qarışması məsələsi də qaldırılıb. "Bakı Baku.az" xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoria Nuland dinləmələrdə bildirib ki, keçən il Qarabağda döyüş əməliyyatları zamanı Türkiyə də daxil olmaqla üçüncü tərəflərin rolu regional gərginliyi daha da artırdı. O, Vaşinqtonun Ankaraya bölgədəki sabitliyi təhdid edən münaqişələrə qarışmaması üçün təzyiq göstərdiyini də söyləyib: "Biz Türkiyəyə təzyiq göstərdik ki, o, Bakıdakı bütün əsirləri dərhal azadlığa buraxmaq, Ermənistanla Azərbaycan arasında atəşkəsə dəstək olmaq və tərəflərin uzunmüddətli siyasi həllə nail olmasına kömək etsin".

Dinləmələrdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez dövlət katibi müavinindən Türkiyənin 2020-ci ildə Qarabağdakı müharibə zamanı Suriyadan Azərbaycana silahlıların keçməsini təmin etməsindən xəbərdar olub-olmadığını soruşub. V.Nuland suala cavab verməkdən imtina edərək bunun ayrı müzakirə mövzusu olduğunu bildirib. Menendez həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kipr, Liviya, Suriya və digər bir sıra mühüm beynəlxalq məsələlərə dair yürütdüyü siyasəti kəskin tənqid edib. "Bunlar bir NATO müttəfiqi bır yana qalsın, heç konstruktiv ortağın hərəkətləri deyil", - deyən Menendez ABŞ prezidenti Co Baydendən Türkiyənin hərəkətləri ilə bağlı dəqiq qiymətləndirmə və addımlar gözlədiyini vurğulayıb, Ankaranı Azərbaycana hərbi yardım göstərdiyinə görə tənqid edib: “Tramp administrasiyası bu hərəkətlərə görə sanksiya tətbiq etmədi, beynəlxalq ictimaiyyət buna reaksiya göstərmədi, heç bir sanksiya tətbiq edilmədi. Bu qəbuledilməzdir”.

Komitənin digər üzvü, senator Kris Van Hollen isə bir qədər də irəli gedərək Türkiyənin Ermənistana qarşı hərəkətlərini “düşmənçilik” adlandırıb.

V.Nuland isə öz növbəsində yada salıb ki, ABŞ-ın NATO müttəfiqi olan Türkiyə ilə 68 ildən çoxdur çoxşaxəli və mürəkkəb əlaqələri davam edir. Ancaq yaxın əməkdaşlıqla yanaşı, dərin fikir ayrılıqları da mövcuddur. O, əməkdaşlığın nümunəsi olaraq NATO, ticarət və iqtisadi əlaqələr, xüsusən də ABŞ-a mayeləşdirilmiş qaz tədarükü, terrorizmlə mübarizə, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək, Rusiya və İranın Yaxın Şərqdəki təsirlərini, Suriya, Liviya və Əfqanıstandakı problemləri azaltmaqdakı qarşılıqlı anlaşmalar üzərində dayanıb.

Nulandın fikrincə, regional münaqişələr xüsusən də Dağlıq Qarabağ ətrafındakı fikir ayrılıqlarına əlavə olaraq, Vaşinqton ilə Ankara arasındakı ziddiyyətlər Türkiyənin Rusiyanın S-400-lərini alması, Ankaranın Kipr siyasəti və insan hüquq və azadlıqlarının pozulması ilə əlaqədardır. "Gündəmimizi inkişaf etdirmək üçün bu problemləri aradan qaldırmağa çalışırıq", - deyə Nuland vurğulayıb.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Region